40 il davam edən müharibə başa çatdı

Terror qruplaşması PKK-nın özünü ləğv edərək, silah buraxması dünya mediasında da gündəm olub.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin “Bloomberg” xəbər agentliyi PKK-nın dağılma qərarını oxucularına “40 illik müharibə sona çatdı” deyərək çatdırıb.
“Bloomberg” bunu tarixi addım kimi qiymətləndirib:
“PKK Türkiyəyə qarşı 40 illik muxtariyyət mübarizəsinə son qoyaraq silahlarını yerə qoymağa razılıq verdi. Bu tarixi addım NATO üzvü Türkiyənin regional güc olma hədəflərini gücləndirə bilər”.
Elmir Mustafa
“Cebheinfo.az”