Makron narkotik asılılığından əziyyət çəkir - VİDEO

Fransa Prezidenti Emmanuel Makronun jurnalistlər otağa daxil olan kimi tələsik şəkildə masadan götürdüyü kiçik ağ parça salfet narkotik deyil.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Yelisey sarayından rəsmi açıqlama verilib.
Bildirilib ki, həmin əşya sadəcə siyasətçinin burun dəsmalı olub. Xatırladaq ki, Emmanuel Makronun, Böyük Britaniyanın Baş naziri Kir Starmerin və Almaniya Kansleri Fridrix Mertsin birlikdə Ukraynaya səfəri zamanı qatarda çəkilmiş videosu yayılıb.
Kadrlarda Makronun jurnalistlərin çəkilişə başlamasından dərhal sonra həmin bağlamanı tez-tələsik yığışdırdığı görünür.
Yelisey sarayı məsələ ilə bağlı “X” platformasında paylaşım edərək bildirib:
“Avropa birliyi bəzi dairələrə mane olanda, dezinformasiya o həddə çatır ki, adi burun dəsmalını belə narkotik kimi qələmə verirlər”.
Səbinə Uğur
"Cebheinfo.az"