Hakan Fidan suriyalı həmkarı ilə görüşdü

Hakan Fidan suriyalı həmkarı ilə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Hakan Fidan Türkiyə-İordaniya-Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü üçün Ankaraya gələn Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə nazirlikdə görüşüb.

İkili arasında keçirilən görüş mətbuata qapalı keçirilib. Görüşün təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"