Ürək xəstəliyindən ölməmək üçün: Bunları yeyin

Ürək xəstəliyindən ölməmək üçün: Bunları yeyin

“Ürək xəstəliklərinin qarşısını almaq üçün qidalanmada yalnız bir qaydaya riayət etmək kifayətdir”.

”Cebhenfo.az” “Daily Mirror”-a istinadən kardioloq-cərrah Filip Ovadia deyir. O, bu prinsipi “CEO-nun gündəliyi” podkastının efirində adlandırıb.
Ovadiyanın sözlərinə görə, sağlam ürək üçün lazım olan yeganə şey yüksək işlənmiş qidalardan imtina etməkdir: 

"Mən çoxdan düşünürdüm ki, yaxşı maddələr mübadiləsini dəstəkləyən bütün pəhrizlərin ortaq cəhətləri nələrdir. Mən belə nəticəyə gəldim ki, bütün bunlar bütöv, təbii qidalarla qidalanmaqdan irəli gəlir".

Həkim qeyd edib ki, əgər pəhrizdə emal olunmuş qidalar yoxdursa, o zaman ürəyə heç bir zərəri olmadan yüksək proteinli pəhrizə və vegetarianlığa riayət etmək olar:

"Yerdə bitənləri yeyin və yerdə bitənləri yeyən heyvanları yeyin". Daha əvvəl kardioloq Maqdalena Perello ürəyə ən zərərli məhsulların adını çəkmişdi. Onun sözlərinə görə, kolbasa və digər emal olunmuş ət məhsulları, peçenye, çips və ağ çörək zərərlidir.

Xəzər
“Cebheinfo.az”