İran Rusiyaya ballistik raket göndərir

“Reuters”-in etibarlı mənbələrə istinadən yaydığı xəbərə görə, İran Rusiyaya “Fath-360” qısa mənzilli ballistik raket buraxılış sistemləri verəcək.
"Cebheinfo.az" xəbər verir ki, transfer baş verərsə, bu, Rusiyanın hücum imkanlarını əhəmiyyətli dərəcədə artıra biləcəyinin və Tehranla Moskva arasında hərbi əməkdaşlığın dərinləşdiyinin göstəricisi kimi şərh edilir.
ABŞ Avropa Komandanlığının komandanı general Kristofer Kavolinin əvvəlki açıqlamalarında İranın Rusiyaya 400-dən çox qısamənzilli ballistik raket təslim etdiyi bildirilirdi.
Mütəxəssislər bu son hadisənin iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının miqyasını ortaya qoyduğunu və beynəlxalq sanksiyalara baxmayaraq hərbi texnologiya transferinin davam etdiyini göstərir.
Müdafiə analitikləri "Fath-360" sistemlərinin xüsusilə Ukrayna cəbhəsində Rusiya qüvvələrinin hərəkətliliyini artırmaq potensialına diqqət çəkir. Bu cür transferlərin regional güc balansına təsirinin ciddi şəkildə izlənilməli olduğunu vurğulayırlar.
Diplomatik dairələr isə bu inkişafın Qərb ölkələrinin sanksiya siyasətlərinə yenidən baxmasına səbəb ola biləcəyini deyir.
Nigar Hacılı
"Cebheinfo.az"