Hindistan Pakistana suyun verilişini bərpa etdi

Hindistan Çinab çayı bəndinin şlüzlərini açaraq, suyun yenidən Pakistana axmasına imkan verib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ANI agentliyi məlumat verib.
"Çinab çayı üzərində yerləşən Baqlihar su elektrik bəndinin iki şlüzu açılıb", - məlumatda qeyd olunub.
Agentliyin mənbələri iddia edirlər ki, bənddən suyun verilişində səbəb Cammu və Kəşmir bölgəsində daşqınlara səbəb ola biləcək leysan yağışları olub.
Xatırladaq ki, Hindistan mayın 6-da Çinab çayındakı bənddən Pakistana suyun buraxılmasını dayandırıb.
"Cebheinfo.az"