TƏBİB yaralı qadın barədə məlumat yaydı

TƏBİB yaralı qadın barədə məlumat yaydı

1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Ona sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

Xatırladaq ki, Gəncədə partlayış baş verib. Mənzildə şəxsi zəmində ər-arvad davası olub.

Kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.

1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"