Kotlyarovkanı da ələ keçirdilər

Kotlyarovkanı da ələ keçirdilər

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Kotlyarovka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.

Rusiya ordusunun Ukrayna cəbhəsində mövqelərini möhkəmləndirməkdə davam etdiyi vurğulanan bəyanatda deyilir:

“Mərkəzi Hərbi Qrup bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Kotlyarovka qəsəbəsi azad edilib”.

Bildirilir ki, son 24 saat ərzində 129 bölgədə Ukraynanın hərbi hava limanının infrastruktur elementlərinə, sursat istehsal və anbar sahələrinə, pilotsuz uçuş aparatlarının (PUA) anbarlarına və Ukrayna əsgərləri və xarici muzdluların müvəqqəti yerləşdiyi nöqtələrə hücumlar təşkil edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"