Meksikada mumiyalanmış 383 meyit tapıldı

Meksikanın Çihuahua ştatının Xuarez şəhərində yerləşən krematoriyada 383 mumiyalanmış meyit aşkar edilib.
"Cebheinfo.az" xəbər verir ki, yerli sakinlər pis qoxu ilə bağlı polisə şikayət edib.
Şikayətdən sonra polis 6 krematoriyada yoxlama aparıb. Aparılan baxış zamanı bir otaqda üst-üstə yığılmış şəkildə saxlanılan meyitlər tapılıb.
Çihuahua ştatının prokuroru Cesar Jauregui Moreno bildirib ki, bəzi cəsədlər bir neçə ay əvvələ aiddir. Digərləri isə artıq çürüməyə başlayıb.
Yerli medianın məlumatına görə, obyektdə hökumət tərəfindən verilmiş fəaliyyət icazələri olsa da, bu qaydalara əməl olunmadığı müəyyən edilib. Krematoriya bağlanıb, sahibi və bir əməkdaşı isə həbs olunub.
Çihuahua ştatının qubernatoru Maru Campos məsələ ilə bağlı sərt açıqlama verərək krematoriya işçilərini “lisenziya və icazələri sui-istifadə edən, məsuliyyətsiz və vicdansız insanlar” adlandırıb.
Hazırda faktla bağlı polis tərəfindən araşdırma başladılıb.
Nigar Hacılı
"Cebheinfo.az"