Əfqanıstan Xankəndidəki sammitdə iştirak edəcək

Əfqanıstan Xankəndidəki sammitdə iştirak edəcək

Azərbaycan hökumətinin dəvəti ilə Əfqanıstan Baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə yola düşüb.

APA Əfqanıstan mediasına istinadən xəbər verir ki, nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının 3-4 iyul tarixlərində Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.

Sammit çərçivəsində Əfqanıstanın Baş nazirinin müavini bir sıra ölkələrin nümayəndələri ilə, eyni zamanda, Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

"Cebheinfo.az"