Tramp bu ölkəni HƏDƏLƏDİ

Tramp bu ölkəni HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp Yaponiyanı üzləşdiyi düyü qıtlığına baxmayaraq, onlardan düyü almadığı üçün rüsumlar tətbiq etməklə hədələyib.

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Donald Tramp özünün “Truth Social” adlı sosial şəbəkədə paylaşım edib.

O, Yaponiyaya böyük hörmətini ifadə edərək, "Onlar bizim düyülərimizi almırlar, halbuki ciddi düyü qıtlığı yaşayırlar. Başqa sözlə, biz onlara sadəcə məktub göndərəcəyik və onlarla uzun illər ticarət tərəfdaşı olmaqdan xoşbəxt olacağıq", - deyə qeyd edib. 

Həmçinin, Tramp daha əvvəl 200-dən çox ölkənin hamısı ilə müqavilə bağlaya bilməyəcəklərini və yaxın 1-2 həftə ərzində bu ölkələrə məktublar göndərərək ABŞ ilə iş görmək üçün ödəməli olacaqları tarif dərəcələrini bildirəcəklərini söyləmişdi. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”