“Mançester Siti” “Əl-Hilal”a uduzub DÇ-ni tərk etdi - VİDEO

“Mançester Siti” “Əl-Hilal”a uduzub DÇ-ni tərk etdi - VİDEO

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) 1/4 finala yüksələn daha bir komanda bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubu İngiltərənin “Mançester Siti” komandasını 4:3 hesabı ilə məğlub edib.

Qarşılaşma əsas vaxtda 2-2 bərabərliklə nəticələnib və oyunda əlavə vaxt oynanılıb. İngiltərə nəhəngini turnirdən kənarlaşdıran “Əl-Hilal” növbəti mərhələyə adlayıb.

Beləliklə, Ərəbistan təmsilçisi 1/4 finalda Braziliyanın “Fluminense” klubuna rəqib olub.

"Cebheinfo.az"