Müdirlə kababçı dalaşdı: Ofisiant döyüldü – Bakıda hadisə

Müdirlə kababçı dalaşdı: Ofisiant döyüldü – Bakıda hadisə

Bakıda restoran işçiləri arasında dava olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki "Səma" restoranında baş verib. Restoranın Cümşüd adlı sahibi həmin restoranda kababçı işləyən Tural adlı şəxslə mübahisə edib və onu işdən qovub. Nəticədə müdirlə kababçı arasında dava olub. Restoranın ofisiantı olan Rəsul adlı şəxs isə davanı sakitləşdirmək məqsədi ilə kababçını restorandan çıxarıb həyətə gətirib. Bu dəfə Tural həyətdə ofisiantla mübahisə edib. Mübahisə davaya çevrilib və Tural Rəsulu döyərək ona xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.(oxu.az)

"Cebheinfo.az"