Yasemi Öztürk: "Şimali Kipr türk dünyası üçün vacib amildir"

"TÜRKPA çərçivəsində həyata keçirilən tədbirlər təkcə ölkələrimiz arasında deyil, həm də regional sabitlik və təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Milli Məclisdə keçirilən TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.
O bildirib ki, təhlükəsizlik yalnız minimal təhdidlərə deyil, transsərhəd, təbbi fəlakətlər, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməyimizi zəruri edib:
"Bu baxımdan, sahib olduğumuz tarix, mədəniyyət və dil birliyi təhlükəsizlik sahəsində daha yaxşı əməkdaşlıq etməyimiz üçün üstünlük yaradır. Bu gün türk dünyasının bir hissəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərməyimizi daha zəruri edir. Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasında oynadığı rol mühüm bir elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu konteksdə ölkələrimizin parlamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir".
"Cebheinfo.az"