Zelenski AK prezidenti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen ilə telefon danışıqları aparıb.
Bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
V.Zelenski Ursula fon der Lyayenə və Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinin qəbul edilməsinə görə təşəkkür edib.
Ukrayna Prezidenti bunun düzgün istiqamətdə atılan addım olduğunu qeyd edib.
V.Zelenski bildirib ki, tərəflər, həmçinin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə ediblər. Ukrayna Prezidenti maliyyə sxemləri, banklar, neft kimi sahələrə sanksiya təzyiqinin zəruriliyinə xüsusi diqqət yönəldib.
"Cebheinfo.az"