Zəlzələdə ölənlərin sayı artıb

Zəlzələdə ölənlərin sayı artıb

Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 3564 nəfərə çatıb.

"Cebheinfo.az" "Sinxua" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Myanmada hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası (SAC) məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada zəlzələlərdə həyatını itirənlərin sayının 3564-ə, yaralıların sayının isə 5012-yə yüksəldiyi bildirilib.

Axtarış-xilasetmə qrupları itkin düşmüş 200-dən çox adamı tapmaq üçün səylərini davam etdirir.

Myanma Yanğından Mühafizə İdarəsi açıqlamasında bildirib ki, axtarış-xilasetmə qrupları ölkənin ikinci böyük şəhəri Mandalayda çökmüş binanın dağıntıları altından 10 nəfərin cəsədini çıxarıb.

Açıqlamada Sinqapur, Malayziya və Hindistandan köməyə gələn qrupların işlərini yekunlaşdıraraq ölkələrinə qayıtdıqları da bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"