Ağsu aşırımında torpaq sürüşüb

Ağsu aşırımında torpaq sürüşüb

Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi olub.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yolun 147-ci kilometrliyində baş verən torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib.

Bu səbəbdən həmin hissədə avtomobillərin hərəkəti mümkün olmayıb.

"Cebheinfo.az"