Atası tərəfindən bıçaqlanan gəncin son durumu

Atası tərəfindən bıçaqlanan gəncin son durumu

1986-ci il təvəllüdlü şəxs (kişi cinsli) 26.12.2024-cü il tarixində saat  22:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş-deşilmiş yarası, sol mil-bilək oynağının kəsilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

***

08:41

Sumqayıtda ata oğlunu bıçaqlayıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1957-ci il təvəllüdlü Sərdar Xanbaba oğlu Muradov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1986-cı il təvəllüdlü Şahmar Sərdar oğlu Muradova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"