Bakıda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda kişi qohumunu öldürməkdə şübhəli bilinir.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, hadisə ötən gün Qaradağ rayonunun Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nail Həsənovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Hazırda polis əməkdaşları cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

"Cebheinfo.az"