Bakının mərkəzində avtomobildə meyit tapıldı

Dünən axşam saatlarında paytaxtın mərkəzində park halında olan avtomobildən meyit tapılıb.
"Cebheinfo.az" Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Z.Yusufzadə küçəsi, 19-un qarşısında baş verib. "Avto Azərbaycan" MMC-yə məxsus KIA markalı 77-AC-218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.
Ölən şəxsin Bakı şəhər sakini. 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.
İlkin məlumata görə, sürücü avtomobildə infarkt keçirərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"