“Günəşli” yatağında neftçi öldü

Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında neftçi qəfil vəfat edib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, yatağın 15 nömrəli platformasında qazmaçı işləyən Siyəzən rayonu Yenikənd kənd sakini Fərzəliyev Elman Əlikram oğlu dünən səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.
Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.
"Cebheinfo.az"