Masazırda həyət evlərini su basdı - FOTOLAR

Masazırda həyət evlərini su basdı - FOTOLAR

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.

"Cebheinfo.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

"Cebheinfo.az"