Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 1975-ci təvəllüdlü İmiraslan Şıxveledov idarə etdiyi “Volvo” markalı avtomaşınla hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Sabir Hüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"