Məşhur futbolçunun ölümü ilə bağlı ŞOK İDDİA

Bir vaxtlar Türkiyənin “Hatayspor” klubunda çıxış etmiş Aron Bopendza faciəvi şəkildə vəfat edib.
Qabonlu hücumçu qaldığı otelin 11-ci mərtəbəsindən yıxılaraq ölüb.
“Cebheinfo.az” xəbər verir ki, hadisə Çində baş verib.
Belə ki, Aron Bopendza 2020-2021-ci il mövsümündə Türkiyə Superliqasının bombardiri olub.
Hazırda Çin səlahiyyətlilərinin başladığı istintaqda hadisədən əvvəl Boupendzanın qardaşının evə gəldiyi və aralarında mübahisə baş verdiyi iddia olunur.
İddialara görə, müstəntiqlər üç əsas ehtimalı araşdırırlar.
Birincisi, futbolçunun intihar etmiş ola biləcəyidir. İkincisi, Boupendzanın təsadüfən binanın 11-ci mərtəbəsindən yıxıldığı ehtimalını nəzərdən keçirir. Üçüncüsü, qardaşı ilə aralarında baş verən mübahisə nəticəsində hadisə baş verə bilər.
Qeyd edək ki, tam adı Aaron Salem Boupendza olan qabonlu futbolçu 7 avqust 1996-cı ildə Qabonun Moanda şəhərində anadan olub.
Karyerasına vətənindəki CF Mounana klubunda başlayan Boupendza, 2016-cı ildə Fransanın “Bordo” klubunun gənclər akademiyasına daxil olub.
Sonra “Pau FC”, “Ajaccio”, “Tours FC” və “CD Feirense” klublarında icarə əsasında çıxış edib və sonra komandasına geri dönüb. 2020-ci ilin avqustunda müqaviləsi ləğv olunan Boupendza “Hatayspor”la anlaşma imzalayaraq Türkiyəyə yollanıb.
Bundan sonra 4,5 milyon avro qarşılığında Qətərin “Əl Ərəbi” klubuna transfer olunub. Son olaraq Çin Superliqasının “ZJ FC” klubunda çıxış edən 28 yaşlı futbolçu 17 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”