MMA döyüşçümüz Qazaxıstanda boğucu fəndlə qalib gəldi - VİDEO

MMA döyüşçümüz Qazaxıstanda boğucu fəndlə qalib gəldi - VİDEO

Azərbaycan MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

29 yaşlı idmançı “Naiza Fighting Championship” turnirində fərqlənib.

O, Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində Qırğızıstan idmançısı Kanibek Janıbek Uuluya qalib gəlib. Abbasov 3-cü raundda rəqibini boğucu fəndlə məğlub edib.

Bu, Nərimanın peşəkar karyerasında 29-cu qələbədir. O, buna 33 döyüşdə nail olub.

Cebhe.info