"Qalatasaray"ın prezidenti: "Bakıdakı oyunla qardaşlığımızın daha bir nümunəsini göstərdik"

"Ötən həftə sonu Bakıda dostluq oyunu keçirdik. Bu matçla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik".
Bunu Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunu barədə danışarkən deyib.
Funksioner Azərbaycanda böyük diqqət gördüklərini bildirib: "Buradan azərbaycanlı qardaşlarıma, dövlət başçısı İlham Əliyevə və "Qarabağ"ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar".
Qeyd edək ki, "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Cebhe.info