“Turan Tovuz” 9 futbolçusu ilə yollarını ayırıb

“Turan Tovuz” 9 futbolçusu ilə yollarını ayırıb

Yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” 9 futbolçusu ilə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, bölgə təmsilçisi İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə vidalaşıb. Onlarla müqavilə yenilənməyib.

"Cebheinfo.az"