Bankların gəlirləri artıb

Bankların gəlirləri artıb

2023-cü ilin yanvar-aprel aylarında banklar 345 milyon 200 min manat xalis mənfəət əldə edib.

Cebhe.info xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının hesabatında yer alıb.

Qeyd olunub ki, bankların əməliyyat gəlirləri isə 512 milyon 900 min manat təşkil edib. 

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39 (xalis mənfəət) və 32 faiz (əməliyyat gəlirləri) artım deməkdir.

Vilayət Muxtar
Cebhe.info