Qızıl yenidən bahalaşdı

Qızıl yenidən bahalaşdı

İyun qızıl fyuçersləri bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Bunu “Comex” birjasının məlumatları sübut edir.

Belə ki, Bakı vaxtı ilə saat 17:38-ə olan məlumata görə, qızılın bir troy unsiyasının qiyməti 3438 dollara çatıb.

Qeyd edək ki, ötən həftə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3 350 dollardan yuxarı qalxmışdı.

"Cebheinfo.az"