Arvadından boşanan polis özünü öldürdü - FOTO

Arvadından boşanan polis özünü öldürdü - FOTO

Polis məmuru intihar edib. 

Yenisabah.az xəbər verir ki, hadisə Türkiyənin Van rayonunda baş verib. 

Polis əməkdaşı İbrahim Köksal evində ölü tapılıb. Araşdırma zamanı onun intihar etdiyi və vida məktubu buraxdığı öyrənilib. 

Əldə edilən məlumata görə, təxminən 5 ildir Erciş Rayon Polis Şöbəsinin çevik dəstəsində çalışan polis məmuru İbrahim Köksal (37) ilə uzun müddət əlaqə saxlamaq mümkün olmadıqdan sonra iş yoldaşları onun Alkanat küçəsindəki evinə gediblər. Çilingərin köməkliyi ilə içəri daxil olan dostları Köksəli yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar. İlk müayinədə Köksalın başına güllə sıxaraq intihar etdiyi müəyyən edilib. 

Hadisə yerində araşdırma aparan qruplar masanın üzərində vida məktubu tapıb. Köksalın sinəsindən xidməti tapança tapılıb. 2016-cı ildə Polis Şöbəsinə işə başlayan Köksalın 7 və 4 yaşlı iki övladı olduğu və həyat yoldaşından bir ay əvvəl boşandığı öyrənilib. 

Hadisə ilə bağlı başladılan istintaq davam edir. 

"Cebheinfo.az"