“Qanuni oğru”nun pulları əlindən alındı

“Qanuni oğru”nun pulları əlindən alındı

Hüquq-mühafizə orqanlarının maskalı əməkdaşları İrəvanda kriminal avtoritet, “qanuni oğru” olduğu deyilən Alik Banduryanın (Notarusçı Alik) evinə girərək onun atasına məxsus pulları müsadirə ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Armlur.am” yazıb.

“Bizdə olan məlumata görə, evdə hüquq-mühafizə orqanları əməkdaşlarına çox şübhəli görünən külli miqdarda pul tapılıb və onu müsadirə ediblər”,-deyə məlumatda bildirilir.

Xəzər
“Cebheinfo.az”