1942-ci ildən bəri ilk: Alimlər açıqladı

1942-ci ildən bəri ilk: Alimlər açıqladı

Rusiya Federasiyasının Milli Tədqiqat Nüvə Universitetinin alimləri nadir təbiət hadisəsini - Günəşdə güclü partlayış nəticəsində yaranan kosmik şüa müonlarının axınında anomal kəskin artımı qeydə alıblar. 

“Cebhe.info” TASS-a istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti bildirib.

Rusiya alimləri bu fenomeni dünyada ilk dəfə məlumatlandırıblar. 2024-cü il martın 23-də UTC vaxtı ilə saat 01:40-da  kosmik şüa muonlarının sayında artım müşahidə olunub. Alimlər muon axınının maksimum artımını saat 01:39-01:44 arasında müşahidə ediblər.

GLE adlanan fenomen Günəşdə güclü partlayışlar nəticəsində baş verir və çox nadirdir. 1942-ci ildən bəri alimlər 73 belə hal qeydə alıblar. Rusiya Milli Tədqiqat Nüvə Universitetinin məlumatına görə, GLE-74 saat 01:33-də baş verən X1.1 partlayışının nəticəsidir.

Xatırladaq ki, bir neçə gün əvvəl Günəşdə güclü partlayış baş vermişdi.

Xəzər
“Cebhe.info”