Marsda “hörümçək” tapılıb

Marsda “hörümçək” tapılıb

Yaz günəşinin Marsın səthində yaratdığı istilik nəticəsində ortaya çıxan yüzlərlə hörümçəyə bənzəyən  maddə şüaları çəkilib. 

"Cebhe.info" xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) internet saytında paylaşılan xəbərə görə, yaz aylarında temperaturun artmasının səbəb olduğu hadisə Mars səthində yüzlərlə hörümçəyə bənzər maddə qrupunun görünməsinə səbəb olub. Yüksək təzyiq altında səthə fışqıran və yerə yayılan və eni 45 metrdən 1 kilometrə qədər olan bu maddə şüalarının formaları “hörümçəyə” bəzədilib. Bu “hörümçəklərin” günəş şüalarının Mars səthindəki karbondioksit buzunu əridib qaza çevirməsi və bu qazla yerdə his kimi müxtəlif tünd rəngli maddələrin səthə çıxması ilə meydana gəldiyi açıqlanıb. Şəkillər ESA-nın Qaz İzləmə Peyki (TGO) və Mars Express peyki tərəfindən çəkilib. 

Nigar Hacılı 
"Cebhe.info"