“Apple”dən gözlənilməz addım

"Apple" şirkəti "iPhone" istehsalı üçün Asiyada yerləşən istehsal gücünün 10 %-ni ABŞ-yə köçürmək üçün təxminən 3 il və 30 milyard dollar sərf edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Financial Times" mütəxəssislərə istinadən məlumat verib.
"10 il ərzində Çində və Cənub-Şərqi Asiyada güclü mövqelər qazanan "Apple" indi "iPhone" istehsalı və qiymət təyin etmə sistemini tamamilə dəyişdirmək məcburiyyətində qalacaq", - deyə "Morgan Stanley" analitiki Erik Vudrinq bildirib."TechInsights" tədqiqat qrupunun məlumatına görə, "iPhone 16"-nın yığılmasında 387 müxtəlif hissə istifadə olunur: çiplər, batareyalar, ekranlar, kabel və digər komponentlər.
"Apple"-ın 2023-cü ilin maliyyə ili üçün açıqladığı siyahıya görə, şirkətin tədarükçüləri 187 şirkət olub və bunlar "Apple"-ın birbaşa xərclərinin 98 %-ni təşkil edir. Bu şirkətlərin 169-u istehsal güclərini əsasən Çin və Tayvanda yerləşdiriblər."Bank of America"-dan bir nümayəndənin sözlərinə görə," iPhone" istehsalı ABŞ-də mümkündür, amma "istehsal üçün lazım olan hissələrə gömrük rüsumları tətbiq ediləcəksə," bu, şirkət üçün ciddi problemlərə səbəb ola bilər.
Donald Tramp bildirib ki, gömrük tariflərinin sərtləşməsi nəticəsində Amerika şirkətləri, o cümlədən "Apple" istehsalı yenidən ABŞ-a gətirməyə başlayır. "İndi bunun üçün ən münasib vaxtdır," – deyə Tramp "Truth Social" şəbəkəsində yazıb.Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkədən gələn məhsullara gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb, amma Rusiya bu siyahıya daxil deyil.
Çinlə bağlı isə ABŞ 34 %-lik gömrük rüsumu tətbiq edib. Çin isə cavab olaraq, 10 aprel tarixindən etibarən ABŞ-dan gələn məhsullar üzərində 34 %-lik əlavə rüsum tətbiq edəcəyini bildirib.
Daha sonra Tramp bəyan edib ki, Çin məhsullarına tətbiq olunan rüsumu 104 %-ə qaldıracaq, Çin ABŞ ilə ticarət müqaviləsi imzalamayana qədər. Çin isə buna cavab olaraq, ABŞ məhsullarına olan rüsumu 34 %-dən 84 %-ə qaldırıb.Tramp isə yenə də bu məsələni ciddi şəkildə davam etdirəcəyini vurğulayıb və rüsumları 125 %-ə qədər artırmağa qərar verib.
Səbinə Uğur
"Cebheinfo.az"