Daha bir ölkədə eynicinslilər evlənə biləcəklər

Daha bir ölkədə eynicinslilər evlənə biləcəklər

Tailand parlamentinin aşağı palatası ölkədə eynicinslilərin nikahını qanuniləşdirən qanunu qəbul edib.

“Cebhe.info” bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Qanunun qəbuluna 415 deputatdan 400-ü səs verib.

Yeni normaya görə, nikah əvvəlki kimi kişi və qadının deyil, iki şəxsin ortaqlığı kimi müəyyən edilir. Eynicinsli cütlüklər heteroseksual cütlüklərlə eyni hüquqlara sahib olacaqlar. Bura vergi güzəştləri, ər-arvadın vərəsəliyi və uşaqların övladlığa götürülməsi daxildir.

Qanun Senat tərəfindən təsdiqləndikdən və Kral tərəfindən imzalandıqdan 120 gün sonra qüvvəyə minəcək.

Qanun qəbul edildikdən sonra Tailand dünyada eynicinslilərin evliliyinə icazə verən 37-ci ölkə olacaq.

Bütün Asiya ölkələrindən yalnız Nepal və qismən tanınan Tayvan indiyə qədər eynicinsli nikahları qanuniləşdirib.

Xəzər
“Cebhe.info”