“Titanik”in məşhur taxtası şok qiymətə satılıb

“Titanik”in məşhur taxtası şok qiymətə satılıb

Məşhur “Titanik” filmində  qəhrəmanların üzərinə çıxdıqları taxta panel hərracda yarım milyon dollardan baha qiymətə satılıb.

“Cebhe.info” “Heritage Auctions”-a istinadən bildirir ki, “Hollivud Planetinin Xəzinələri” hərracında olan əşyalar arasında filmin qəhrəmanı Rozun həyatını xilas edən taxta parçası 718 750 dollara satılıb.

Bu, filmin özünün qazandırdığı milyardlarla müqayisədə bir damla olsa da, İndiana Consun "Qiyamət Məbədi" filmindəki 1984-cü ildə 525.000 dollara satılan qamçısından daha dəyərlidir.

“Heritage Auctions” qeyd edib ki, panel tez-tez səhvən qapı adlandırılsa da, əslində o, 1912-ci ildə batan gəminin birinci sinif kabinəsinin girişinin üstündəki qapı çərçivəsinin bir hissəsi idi.

"Məşhur taxta parçası pərəstişkarlar arasında böyük mübahisələrə səbəb oldu. Onların bir çoxu iddia edirdi ki, üzən taxta panel həm Cek, həm də Rouzu üzərində saxlaya bilərdi, ona görə də Cekin onun üzərindən düşərək  soyuq suda qalmaq qərarı boş bir jest idi".

Keçən il “National Geographic”-in xüsusi proqramı olan “Titanik: 25 il sonra Ceymes Kameron ilə birlikdə” məhz bu sualla bağlı araşdırma aparılıb.

69 yaşlı Kemeron qeyd edib ki, Rouzun sağ qalması

Cekin həyatı bahasına başa gəlib:

“O dövrlərdə kişilərin cəngavərlik kodeksi var idi”.

Xatırladaq ki, “Titanic” 1912-ci ilin aprelində ilk səyahətində aysberqlə toqquşub. Nəticədə 1500-dən çox sərnişin və ekipaj həlak oldu.

Xəzər 
"Cebhe.info"