“Təşkilat”la bağlı qərar verildi
“TRT1”-in yüksək reytinqli seriallarından olan “Təşkilat”ın aqibəti bəlli olub.
“Cebhe.info” xəbər verir ki, layihənin davam etdirilməsinə qərar verilib.
Qərara əsasən, “Təşkilat” iyun ayında mövsüm finalı edəcək. Ekran işinin 5-ci mövsümü isə sentyabr ayında başlayacaq.
Qeyd edək ki, “Təşkilat”ın baş rollarını Murat Yıldırım və Aybüke Pusat canlandırır.
Elmir Mustafa
“Cebhe.info”