Deputat: “Mətbuat köşklərinin hamısı minimarket olub”

Deputat: “Mətbuat köşklərinin hamısı minimarket olub”

“Bu gün mətbuat köşklərinin hamısı minimarket olub”. 

“Cebhe.info” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bugünkü plenar iclasında deyib. Deputat qeyd edib ki, mətbuat köşklərinin heç biri aidiyyəti üzrə işləmir: “Xüsusilə də bu köşklərdə siqaret satışı ilə məşğul olurlar. Bu məsələ tənzimlənməli və köşklər aidiyyəti üzrə fəaliyyət göstərməlidir”. 

Vilayət Muxtar 
“Cebhe.info”