MTX sərhəddəki kəndlə bağlı məlumat yaydı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Günən (Kirants) kəndində baş verənlərlə bağlı bəyanat yayıb.
“Cebhe.info” xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Tavuş vilayətinin Kirants kəndi ərazisində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıq işləri apardığı bildirilib.
“Təhlükəsizlik və əməliyyat zərurətinə görə qeydiyyatı olmayan vətəndaşların kəndə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün kəndin girişinə çoxlu sayda polis əməkdaşı nəzarət edir. Onlar digər vətəndaşların, o cümlədən deputatların kəndə daxil olmasına mane olurlar.
Xəzər
“Cebhe.info”