Erməni deputatları kəndə buraxmadılar

Polis “Ermənistan” parlament fraksiyasından olan deputatların Günən (Kirants) kəndinə daxil olmasına mane olub.
“Cebhe.info” xəbər verir ki, deputatlar qrupuna fraksiya lideri Seyran Ohanyan, deputatlar Qarnik Danielyan, Anna Karapetyan, Armenui Kyuregyan, Geqam Manukyan, Mher Saakyan, Arman Qazaryan, Aqnessa Hamoyan daxildir. Qeyd edək ki, bu gün bir neçə mədəniyyət xadimi də kəndə gedib.
“Mənə əmri göstər. Bu, mənim ölkəmdir. Heç kim deyə bilməz ki, buradan gedin”,-deyə deputat Arman Qazaryan polisə deyib. Polis nümayəndəsi cavabında deyib ki, sərhədçilər tədbir keçirdiyi üçün kəndə giriş qadağan edilib.
Öz növbəsində Seyran Ohanyan kəndə girişin qadağan edildiyi bu sərəncamı görməyi tələb edib və buna cavab olaraq Tavuş vilayət idarəsinin rəisi yazılı sorğu göndərilməsini istəyib.
Xəzər
“Cebhe.info”