Marsda ilk şəhər bu vaxt salınacaq

Marsda ilk şəhər bu vaxt salınacaq

Tezliklə insanlar Marsda öz şəhərlərini salacaqlar.

“Cebhe.info” xəbər verir ki, bunu “SpaceX”-in qurucusu Elon Mask sosial şəbəkədə yazıb.

Onlayn kommunikasiya platformalarından birinin istifadəçisinin sualını cavablandıran Mask Qırmızı Planetin kəşfiyyatının vaxt çərçivəsini açıqlayıb.

Belə ki, iş adamının sözlərinə görə, Marsa ekipajsız enməsinə beş ildən, planetə ilk insanın ayaq basmasına on ildən az vaxt qalıb:

İnsanlar 20 ildən sonra şəhər salacaqlar”

Mask hesab edir ki, sivilizasiya 30 ildən sonra Marsda mütləq peyda olacaq.

O əlavə edib ki, onun şirkəti insan şüurunu Marsa, sonra isə ulduzlara genişləndirməyi planlaşdırır. Sahibkar “Falcon 9” raketlərinin buraxılışını xatırladaraq əlavə edib ki, bu, “SpaceX” missiyasıdır.

Xəzər

“Cebhe.info”