"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub

"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub

İtaliyanın "Yuventus" klubu komandaya müvəqqəti rəhbərlik edəcək baş məşqçinin adını açıqlayıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisini A Seriyasında son üç oyuna U-19-un baş məşqçisi Paolo Montero çıxaracaq.

Uruqvaylı mütəxəssis mayın 17-də istefaya göndərilən Massimiliano Alleqrini əvəzləyib.

Qeyd edək ki, 2024/2025 mövsümündən etibarən "ağ-qaralar"ı "Bolonya"nın hazırkı baş məqşçisi Tyaqo Mottanın çalışdıracağı gözlənilir.

"Cebhe.info"