Deputat: "Yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır"

Deputat: "Yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır"

“Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır”.  

"Cebhe.info" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında  deputat Sabir Rüstəmxanlı çıxış edib. 

“Onların hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və amma üzərində dəbdəli adlar yazılır. Qiyməti də təxminən 3-4 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir. 

Bir neçə yaxın dostum İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib. Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmizin Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. 

Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma həmyerlilərimiz ölkə istehsalı içkilər tapa bilmir. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır. İdxal yoxdursa deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”.

"Cebhe.info"