Baş ağrısı yaradan yeməklər- SİYAHI

Bir çoxumuzun şikayətləndiyi miqrenə təkcə maqnit qasırğaları və hava dəyişikliyi deyil, həm də müəyyən qidalar və içkilər səbəb ola bilər.
“Cebhe.info” xəbər verir ki, bu barədə endokrinoloq Yekaterina Yanq məlumat verib.
Həkim xəbərdarlıq edib ki, baş ağrıları işlənmiş ətlər, yaş pendirlər, şokolad, spirt, monosodium qlutamatlı qidalar və aspartam, sakarin, sukraloza kimi süni dadlandırıcıların qəbulu nəticəsində yarana bilər.
Həlim öz “Telegram” kanalında bildirib ki, hisə verilmiş ətin tərkibində beyində qan damarlarını genişləndirə bilən nitritlər var və fermentləşdirilmiş qidalar biogen amin tiraminlə zəngindir. Qırmızı şərab, pivə və şampan tərkibindəki tiramin və sulfitlər səbəbindən baş ağrılarına, həmçinin ümumi susuzluğa səbəb ola bilər. Endokrinoloq qeyd edib ki, şokoladın tərkibində olan kofein və feniletilamin beyinə qan axını artırır.
Xəzər
“Cebhe.info”