Uçuşa 2 saat qalmış:Missiya ləğv edildi

Uçuşa 2 saat qalmış:Missiya ləğv edildi

"Cape Canaveral" Kosmodromunda 41-ci uçuş-enmə zolağından yerinə yetirilməsi planlaşdırılan missiya uçuşa təxminən iki saat qalmış ləğv edilib. 

"Cebhe.info" xəbər verir ki, NASA-nın Boeing CST-100 Starliner kosmik gəmisinin buraxılışı mexaniki nasazlığa görə ləğv edilib. Boeing-in CST-100 Starliner kosmik gəmisinin ekipajı arasında olan NASA astronavtları Suni Williams və Butch Wilmore, Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk ekipaj buraxılışından əvvəl Floridadakı Kennedi Kosmik Mərkəzində son hazırlıqlarını görüblər. "Cape Canaveral" Kosmik Mərkəzində 41-ci uçuş-enmə zolağından yerinə yetirilməsi planlaşdırılan missiya orbitə təxminən iki saat qalmış mexaniki problem səbəbindən ləğv edilib. 

Nigar Hacılı 
"Cebhe.info"