Polşada casus həyəcanı: Nazirlərin görüşündə dinləmə cihazı tapıldı

Polşada casus həyəcanı: Nazirlərin görüşündə dinləmə cihazı tapıldı

Polşa xüsusi təyinatlıları nazirlərin görüş keçirəcəkləri otağa dinləmə cihazının yerləşdirildiyini aşkar ediblər. 

"Cebhe.info" xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin sözçüsü tərəfindən verilən açıqlamada aşkarlanan dinləmə cihazlarının çıxarılaraq məhv edildiyi bildirilib.

Nazirlərin toplaşacağı otağa cihazların necə və kim tərəfindən yerləşdirildiyi hələ də qeyri-müəyyən olaraq qalır.

Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya Qərbin hərbi tədarük mərkəzi olan Polşa hər hansı casusluq fəaliyyətinin əlamətlərinə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Xüsusi Təyinatlı Qüvvələrin sözçüsü Jacek Dobrzynsk sosial mediada verdiyi açıqlamada bldirib ki, Dövlət Mühafizə Xidməti Daxili Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edərək bu gün Katovitsedə Nazirlər Şurasının iclasının keçiriləcəyi otaqda dinləmə məqsədilə istifadə edilə bilən cihazları müəyyən edib və yığışdırıb.

Nigar Hacılı 
"Cebhe.info"