Azərbaycanda koronavirus bitib - RƏSMİ

Azərbaycanda koronavirus bitib - RƏSMİ

Bir neçə il öncə bütün dünyanı qapanmağa məcburiyyətində qoyan, çox sayda insanın ölümü ilə nəticələnən koronavirus artıq yoxa çıxmaq üzrədir.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva da yaxın günlərdə bildirmişdi ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar, yox səviyyəsindədir. 

Onun sözlərinə görə, gün ərzində 10-15 yoluxma hadisəsi qeydə alınır.

Son rəsmi rəqəmlərə görə isə, (1 fevral-29 fevral) Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 514 yoluxma faktı qeydə alınıb, analiz nəticələri müsbət çıxan 28 nəfər isə həyatını itirib.

Ölkədə ümumilikdə 835 min 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 min 602 nəfər müalicə olunaraq sağalıb, 10 min 428 nəfər vəfat edib.

Həmin tarixə əsasən, aktiv xəstə sayı 114 nəfərdir.

Qeyd edək ki, əvvəl koronavirus infeksiyasına yoluxma ilə bağlı hər gün, daha sonra həftəlik, daha sonra isə aylıq statistika verilməsinə başlanılıb.

Son günlər isə daha çox öskürəklə müşahidə olunan qrip yayılıb. Yəni, ölkəmizdə artıq koronavirus əvəzinə qrip ağırlaşmaları müşahidə olunur. Çox zaman koronavirus və qrip qarışdırılsa da, test zamanı bunu müyyənləşdirmək mümkündür.

Naibə
"Cebhe.info"