Paşinyan: “Əsas işimiz müharibəni önləməkdir”

Paşinyan: “Əsas işimiz müharibəni önləməkdir”

“Tavuş bölgəsində gedən sərhədlərin müəyyən edilməsi prosesinin bir məqsədi var:

Müharibəni mənasız, məntiqsiz və real olmayan etmək”. 

“Cebhe.info” xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan jurnalistlərlə görüşündə bildirib.

“Əsas vəzifəmiz müharibənin əsasını itirməkdir. Hazırda işlərin 90 faizi tamamlanıb və bu iş getdikcə təhlükəsizlik təminatlarının formalaşdığına, müharibənin əsasını itirərək məntiqsiz və qeyri-legitim xarakter almasına inam daha da güclənir”, - deyə Paşinyan bildirib.

Xəzər
“Cebhe.info”