Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin daşımalar artıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin daşımalar artıb

2024-cü ilin aprelində Heydəl Əliyev Beynəlxalq Aeroportunda 570 minə yaxın sərnişin daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% və ya 379 min sərnişin çoxdur. Bu barədə Aeroport məlumat yayıb. 

Hesabat dövründə beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 54,3 % (280 mindən çox) xarici aviaşirkətlərin, qalan hissəsi (236 min) isə milli aviadaşıyıcının payına düşüb.

Eyni zamanda məlumatda qeyd olunub ki, apreldə Naxçıvan istiqamətində 52,7 min nəfər sərnişin daşınıb, bu da 2023-cü ilin apreli ilə müqayisədə 30% çoxluq təşkil edib.

Ötən ilin apreli ilə müqayisədə cari ilin aprelində bu marşrut üzrə reyslərin sayı artırılaraq 266-yə (114 reys artım) çatdırılıb. 

Həmçinin tranzit sərnişin daşımaların sayı da 85% artaraq 28 min nəfər olub.

Cari ilin yanvar-aprelində  Bakı hava limanında 2 milyondan ( 41,3 % artım) artıq sərnişinə xidmət göstərilib.

Qeyd olunan dövr ərzində hava limanından populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Tbilisi, Dubay, Əbu-Dabi, Moskva, Ankara, Sankt-Peterburq, Dehli, Doha və Şarja kimi şəhərlər olub. AZAL, "Turkish Airlines”, "Ajet”, "Aeroflot”, "Rossiya Airlines”, "Air Arabia”, "Wizz Air Abu Dhabi”, "FlyDubai”, "Georgian Wings”, "Indigo”, "Qatar Airways” və digər aviaşirkətlər tərəfindən bu marşrutlar üzrə 1,178 milyondan çox sərnişin daşınıb.

Həmçinin, Bakı aeroportundan uçuş həyata keçirən aviadaşıyıcıların sayı 29-dan 34-də (14-ü loukoster) yüksəlib ki, bu da sərnişinlərə daha çox səyahət seçimi imkanı təqdim edib. Bu aviaşirkətlər tərəfindən cari ilin ilk 4 ayı ərzində 8 494 reys yerinə yetirilib.

"Cebhe.info"