Bu kollecin direktor müavini işdən çıxarıldı

Bu kollecin direktor müavini işdən çıxarıldı

Orta ixtisas təhsil müəssisələrində yoxlamalar davam edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Cebhe.info”-ya verilən məlumata görə, orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb.

Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Nigar
“Cebhe.info”